waplog

ABŞ universitetləri kriptovalyutalar üzrə tədris kursları təklif edirlər


ABŞ-ın kollec və universitetləri tələbələrə kriptotexnologiyalar, o cümlədən “Bitcoin” rəqəmli valyutası haqqında kurslar tədris etməyə başlayıb.
 
Belə ki, Nyu-York Universiteti “Bitcoin” və digər valyutalarda qanun və biznes” adlı kurslar təşkil edib.
 
Dyuk Universiteti İnnovasiyalar və kriptoavantürizm “ mövzusunda mühazirələr kursu təqdim edib. Kurs diqqəti “Blockchain” pul kisəsindən istifadə edən müəssisələrin potensialının öyrənilməsinə yönəldib.
 
Prinston Universiteti də “Bitcoin” və kriptotexnologiyalar üzrə onlayn tədris proqramı təklif edir. Tələbələrə artıq yazda belə kurslar keçirilib və payızda onlar yenidən məşğələlərə başlaya biləcəklər.
 
Stenford Universitetinin Mühəndis Məktəbi “Kriptovalyutalar: "Bitcoin” və dostlar” adlı rəqəmli valyutalar haqqında mühazirələr təqdim edəcək. Kurs sentyabrın 21-dən dekabrın 9-dək davam edəcək.
 
Maunt-Hud Kolleci tədris planına ilk dəfə olaraq kriptovalyutaları tətbiq edib, - "Payspacemagazine www.payspacemagazine.com” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL