waplog

“Elektron hökumət” portalının operatoru Azərbaycanda “Microsoft” şirkətinin Gümüş tərəfdaşları sıralarına daxil olan ilk dövlət müəssisəsi oldu


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi fəaliyyətinin beynəlxalq standartlar çərçivəsində qurulması işlərini genişləndirməkdə davam etməklə yanaşı, aparıcı İT şirkətlərlə əlaqələrini genişləndirmək istiqamətində işlər aparır.

Belə ki, avqust ayında MHM 2014-cü ildə aldığı İSO 27001:2005 sertifikatını yeniləyərək İSO 27001:2013 beynəlxalq standartı üzrə sertifikata layiq görülüb.
Müəssisə öz inkişaf mərhələsində növbəti addım atmış, dünyanın nəhəng proqram təminatçısı olan "Microsoft" şirkətinin Gümüş tərəfdaşları sıralarına daxil olub. Hal-hazırda "Microsoft" şirkətinin əməkdaşlıq proqramı özündə dünyanın 32000 şirkətini birləşdirir.

Respublikamızda dövlət qurumları arasında ilk dəfə belə yüksək əməkdaşlıq səviyyəsinə nail olmanın səbəblərindən biri müəssisənin yüksəksəviyyəli və peşəkar mütəxəssislərə malik olmasıdır. RYTN MHM "Microsoft" şirkətinin sertifikatlaşdırılmış Gümüş tərəfdaşlığını qazanmaqla, mütəxəssislərinin "Microsoft" texnologiyaları üzrə ekspertizadan keçməsini və müştərilərinin ehtiyaclarını yüksək səviyyədə qarşılamaq qabiliyyətini bir daha təsdiqləyib. Müəssisənin hazırlıq səviyyəsi onun "Microsoft" tərəfdaşlar siyahısında ilk 5% şirkətlər sırasında qərarlaşmasına imkan verib.

Qeyd edək ki, "Microsoft" Gümüş tərəfdaşlığının əldə edilməsi sadə proses deyil. "Microsoft" Gümüş tərəfdaşlığını qazanmaq üçün istənilən müəssisə xüsusi ixtisas üzrə "Microsoft" tərəfindən sertifikatlaşdırılmış peşəkar mütəxəssislər, satış və marketinq üzrə mütəxəssislər, eləcə də, "Microsoft"un qiymətləndirməsindən keçmiş bir neçə texniki dəstək üzrə mütəxəssisin olması tələb olunur. Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri bu sertifikata nail olmaq üçün xüsusi texnoloji ixtisaslar üzrə "Microsoft" şirkətinin ciddi qiymətləndirmə prosedurlarından uğurla keçib.
 
Belə ki, bütün qeyd olunan tələbləri ödəyən, iş prosesini standartlara uyğun təşkil edən Məlumat Hesablama Mərkəzi proqram təminatının inteqrasiyası üzrə "Microsoft"un sertifikatlaşdırılmış təcrübəsini əldə edib. Müəssisənin altı proqramçısı və üç texniki xidmət mütəxəssisi sınaq imtahanlarından müvəffəqiyyətlə keçərək "Microsoft"un peşəkar sertifikatına layiq görülüb.

Məlumat üçün bildirək ki, dünyanın 32000 şirkətini özündə birləşdirən "Microsoft" tərəfdaşlıq şəbəkəsinə üzv olmanın əsas üstünlükləri aşağıdakılardır:







Beləliklə, MHM-in "Microsoft" ilə strateji əməkdaşlığı Azərbaycanda müasir texnologiyaların inkişafına yeni təkan verəcək, həmçinin, "Microsoft" bulud texnologiyalarının "Elektron hökumət" portalı üzərindən təqdim olunan xidmətlərə tətbiq olunması portalın potensialını daha da artıracaqdır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL