waplog

"Milli Depozit Mərkəzi" İT təchizatını təkmilləşdirir


Azərbaycan "Milli Depozit Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti İT təchizatının təkmilləşdirilməsi istiqamətində işlər aparır.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, mərkəz server otağının yaradılması ilə bağlı hazırda müvafiq xidmət təchizatçıları ilə danışıqlar aparır və bu ayın sonuna kimi artıq planlarının reallaşdırılmasına başlamaq niyyətindədir.

Qeyd edək ki, Depozit Mərkəzinin əsas məqsədi tam inteqrasiyalı ikipilləli post-ticarət sisteminin şəffaf prosedurlara əsaslanan, avtomatlaşmış, təminatlı və səmərəli Mərkəzi Depozitar institutuna çevrilməkdir.
 
Mərkəz ölkənin kapital bazarlarının infrastruktur inkişafını dəstəkləyən, tam müştəri yönümlü, etibarlı, qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan post-ticarət xidmətlərinin göstərilməsini təmin edəcək qiymətli kağızlar üzrə aşağı-riskli, dəqiq və çevik saxlanc və hesablaşma sisteminin formalaşdırılmasını özünə hədəf kimi müəyyən edib.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL