waplog

Azərbaycan Qadınlarının “Femmes Digitales” İKT Klubunun “Summer Camp” tədbiri keçiriləcək


Bakıda sentyabrın 20-də Azərbaycan Qadınlarının “Femmes Digitales”  İKT Klubunun “Summer Camp” tədbiri keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, yaxın günlərdə təşkilatın rəsmi internet səhifəsində tədbirin proqramı ilə tanış olmaq və qeydiyyatdan keçmək mümkün olacaq.
 
 Xatırladaq ki, təşkilatın əsas məqsədi gənclər və xüsusilə qızlar arasında informasiya-kommunikasiya texnologiyaları sektorunu təşviq etmək məqsədilə orta məktəb və universitetlərdə maarifləndirici proqramlardan ibarət bir sıra ictimai tədbirlər keçirməkdir.
 

Klubun təsisçiləri arasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “B.EST Solutions”, “Microsoft”, “HP”, “Azercell”, “Bakcell”, “Azerfon”, “BBTV”,    AGAT, İTECA, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi, ASAN, “Mont”, “Cybernet”, “BestComp”, “İnfipro”,  “Milli Kart” və Azərbaycanın digər müxtəlif təşkilat və şirkətlərində aparıcı vəzifələrdə çalışan qadınlar təmsil olunur.

 
 “FEMMES DİGİTALES” klubu yeni yaransa da, artıq dövlət və özəl təşkilatların aparıcı vəzifələrində çalışan qadınlar, eləcə də ölkənin İKT sahəsində karyera qurmağı hədəfləyən gənc qızlar arasında geniş populyarlıq qazanıb.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL