waplog

“Boeing” nümayəndəsi: ABŞ-ın yeni kosmik gəmisi "Starliner” adlanacaq


"Boeing" aviaşirkətinin hazırladığı yeni kosmik gəmi "Starliner" adlanacaq. Bu barədə aviaşirkət nümayəndəsi indiyədək "CST-100" (Crew Space Transportation) adlanan kosmik gəmilərin hazırlanması üçün yeni anqarın açılışında bildirib.
 
Əvvəllər bilavasitə raketlərin buraxılışı kompleksi və kosmodromun idarəetmə mərkəzi yaxınlığında yerləşən anqardan "Space Shuttle" çoxistifadəli kosmik gəmilərin starta hazırlanması üçün istifadə edilib.
 
Mərasimdə "NASA" direktoru Çarlz Bolden qeyd edib ki, obyektin açılışı kosmik nəqliyyat sisteminin yaradılmasında mühüm mərhələdir.
 
"ABŞ astronavtları yerli kosmik gəmilərlə Beynəlxalq Orbital Stansiyaya uçacaqlar", - "TASS" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL