waplog

Azərbaycan Dövlət İqtisad Universitetində elektron tribuna quraşdırılıb


Azərbaycan Dövlət İqtisad Universitetində quraşdırılan elektron tribuna tədris prosesinin daha səmərəli təşkilinə səbəb olacaq.
 
Universitetdən verilən məlumata görə, elektron tribuna ən son texnoloji yeniliklər olan “İntel NUC” kompüter, 22  monitor, internetə və proyektora çıxışla təmin olunub. Xüsusi konstruksiyaya malik tribunada fiziki təzyiqlərə və sanksiyalaşdırılmamış müdaxilələrə qarşı təhlükəsizlik sistemləri quraşdırılıb.
 
E-tribuna vasitəsi ilə müəllimlər universitetin vahid elektron idarəetmə platforması olan “EDUMAN”-da hər bir müəllim üçün yaradılmış şəxsi kabinetə daxil ola biləcəklər.
 
Eyni zamanda müəllimlər birbaşa proyektora qoşularaq şəxsi kabinetdə əvvəlcədən yerləşdirilmiş multimedia dərs vəsaitlərini və prezentasiyaları nümayiş etdirməklə dərs prosesini təşkil etmək imkanı əldə edəcəklər.
 
Bununla yanaşı, elektron tribuna ilə internetə birbaşa çıxış vasitəsi ilə istənilən dərs vəsaitini nümayiş etdirmək, elektron dərs jurnallarında qiymətləndirməni və davamiyyəti aparmaq, eləcə də “USB Flash” yaddaş qurğularına yazılmış istənilən formatlı dərs vəsaitlərini nümayiş etdirmək mümkündür.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL