waplog

Alim Quliyev: “Azərpoçt” MMC Milli Ödəniş Sisteminin əsas infrastruktur elementlərini təşkil edən strukturlardan biridir”


Milli Ödəniş Sistemi infrastrukturunun daha da genişləndirilməsi, regionlarda əhali və təsərrüfat subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması məqsədi ilə görülən tədbirlər çərçivəsində Mərkəzi Bank tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə "Azərpoçt" layihəsi həyata keçirilib.
 
 
"Ictnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Mərkəzi Bankın (AMB) İdarə Heyəti sədrinin I müavini Alim Quliyev danışıb.
 
 
O, APA-ya verdiyi geniş müsahibəsində bildirib ki, həyata keçirilən layihənin nəticəsində "Azərpoçt" MMC-nin geniş regional filial və şöbələrində maliyyə, o cümlədən nağdsız ödəniş xidmətlərinin göstərilməsinə imkan verən infrastruktur yaradılıb. A.Quliyevin açıqladığı statistik göstəricilərə görə, 2015-ci ilin 1 iyul tarixinə ölkədə 926 filial və şöbəyə malik olan 43 bank, 1163 filial və şöbəsində maliyyə xidmətləri göstərilən "Azərpoçt" MMC və həmçinin 157 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir ki, bunlar da Milli Ödəniş Sisteminin əsas infrastruktur elementlərini təşkil edir.
 
 
 
MB rəsmisi əlavə edib ki, 2015-ci ilin 1 iyul tarixinə ölkədə emissiya edilmiş ödəniş kartlarının ümumi sayı 7 mln. ədədə yaxındır. Hazırda ölkədə Mərkəzi Bankdan alınmış lisenziya əsasında fəaliyyət göstərən "AzeriCard" MMC və "MilliKart" MMC, həmçinin 7 bank tərəfindən prosessinq fəaliyyəti həyata keçirilir. Ölkə üzrə ümumilikdə 2716 ədəd bankomat və 78391 ədəd POS-terminalın əhatə olunduğu kart infrastrukturu formalaşdırılıb.
 
 
 Onun sözlərinə görə, hazırda Azərbaycanda 24 bank tərəfindən internet bankçılıq, 15 bank tərəfindən isə mobil bankçılıq xidməti müştərilərə təqdim olunur. Banklar tərəfindən elektron bankçılıq üzrə təqdim olunan xidmətlərin sayının artırılması, innovativ ödəniş alətlərindən təmassız ödəniş kartlarının emissiyası, daha müasir və çoxfunksiyalı ödəniş terminallarının quraşdırılması istiqamətində aktiv fəaliyyət göstərilir.
 
"Lakin yaradılmış infrastruktur imkanlarına və bütövlükdə əldə edilmiş nəticələrə baxmayaraq, nağdsız ödəniş dövriyyəsi digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır (nağdsız ödəniş dövriyyəsinin ÜDM-ə nisbəti Azərbaycanda 2.2 dəfə, İEÖ-də ortalama 70 dəfə, İEOÖ-də isə 25 dəfə).  Ölkədə nağdlaşma səviyyəsi yüksək olaraq qalır (Azərbaycanda 58%, İEÖ-də 15-20% və İEOÖ-də 30-35%). Ödəniş kartları ilə əməliyyatların 92%-i isə nağd pulun bankomatlardan çıxarılmasına xidmət edir (Şərqi Avropada 70%, İEÖ-də isə 50%-i). İnkişaf etmiş ölkələrlə müqayisədə qeyd olunan göstəriciləri nəzərə alaraq, Mərkəzi Bank yaradılmış Milli Ödəniş Sistemi infrastrukturundan istifadənin genişləndirilməsi və dövriyyə göstəricilərinin yaxşılaşdırılması istiqamətində aktiv fəaliyyətini davam etdirir".
 
 
 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL