waplog

Azərbaycanlı və misirli mütəxəssislər kitabxanalarında istifadə olunan müasir texnologiyalarla bağlı biliklərini paylaşacaqlar


Azərbaycanlı və misirli mütəxəssislər kitabxanalarında həyata keçirilən mühafizə və bərpa işlərində istifadə olunan müasir texnologiyalarla bağlı biliklərini paylaşacaqlar.
 
AMEA-nın Əlyazmalar İnstitutundan (Əİ) verilən məlumata görə, Əİ ilə Misirin “Darül-kutub” kitabxanası arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanacaq. Müasir texnologiyalarla bağlı biliklərini bölüşdürmək üçün kitabxana sahəsindəki mütəxəssislərin mübadiləsinin təşkil olunması müqavilədə yer alacaq.
 
Həmçinin müqavilənin şərtlərinə görə, tərəflər qarşılıqlı münasibətlər əsasında əməkdaşlıq quracaq, lazımi araşdırmalardan sonra öz xəzinələrini zənginləşdirmək üçün əlyazmaların surətlərinin, bələdçi kitabçalarının, kataloqların və s.-nin mübadilə edilməsinə şərait yaradacaq.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL