waplog

BMT: "Dünyada 750 milyondan çox insan oxuya və yaza bilmir"


Dünyada 750 milyondan çox insan savadsızdır, bu halda, onların 66 faizini qadınlar təşkil edir. Bu haqda Beynəlxalq Savadlılıq Günü münasibəti ilə BMT-nin Baş katibi Pan Gi Mun deyib.
 
 
"Dünyada 750 milyondan çox insan savadsızdır, həm də onların üçdə iki hissəsini qadınlar təşkil edir. Məktəb yaşlı təxminən 250 milyon uşaq savadsızdır və 124 milyon uşaq və yeniyetmə dərsə getmir" - Baş katibin yazılı müraciətində vurğulanıb.
 
 
Pan Qi Mun bildirib ki, "yaşından asılı olmayaraq bütün insanlar təhsil almaq hüququna malikdirlər". "Əgər biz onlara bu imkanı yaratsaq, o zaman daha məhsuldar, sabit və təhlükəsiz cəmiyyət qurulmasına zəmin yaradarıq" - Pan Gi Mun söyləyib. O, hökumət və özəl sektoru bu istiqamətdə öz səylərini birləşdirməyə çağırıb.
 
 
Xatırladaq ki, savadsızlıqla mübarizə 2015-2030-cu illər üçün nəzərdə tutulmuş yeni qlobal inkişafın tərkib hissəsidir.
 
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL