waplog

Kiyevdə “Communication for Future” mükafatının laureatları açıqlanıb


Kiyevdə keçirilən “World Communication Forum Davos” beynəlxalq kommunikasiyalar forumu çərçivəsində nüfuzlu beynəlxalq mükafatın qalibləri müəyyənləşib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Çasopis” kreativ agentliyinin təsisçisi Maksim Yakover (“Idea of the Future” nominasiyası), “Tabletoçki” xeyriyyə layihəsinin müəllifi Olqa Kudinenko (“Relations of the Future” nominasiyası) və “Delo.ua” portalının baş redaktoru Katerina Venjikdir (“Trust of the Future” nominasiyası) qalib elan ediliblər.
 
Kommunikasiyalar sahəsində ən qabaqcıl nailiyyətləri qeyd edən “Communication for Future” beynəlxalq mükafatı peşəkar dairələrdə Nobel mükafatının nüfuzuna malikdir. Sözügedən mükafatla bütünlükdə sənayeni inkişaf etdirən və gələcəyin standartlarını müəyyən edən layihələrin müəllifləri təltif edilir.
 
Ənənəvi olaraq münsiflər qismində yalnız tanınmış, mötəbər ekspertlər çıxış edib və namizədlərin irəli sürülməsi hüququna peşəkarlardan təşkil olunmuş Nominasiya Komitəsi sahib olub. İstisna olaraq unikal “Trust of the Future” nominasiyası ilk dəfə Ukraynada verilib. Bu nominasiyanın özəlliyi ondadır ki, arzu edən hər kəs namizədlərin seçilməsi və qaliblərin müəyyənləşdirilməsində iştirak edə bilər. Məhz buna görə mükafat insanların həqiqətən etibar etdiyi şəxsi müəyyən etməyə imkan verir.
 
“Idea of the Future” nominasiyası üzrə qalib olmuş “Çasopis” kreativ agentliyinin təsisçisi Maksim Yakover Kiyevdə anti-kafenin açılması layihəsi, həmçinin yeni kreativ layihələrin yaradılması üçün bazanın təşkilinə görə mükafata layiq görülüb.
 
“Tabletoçki” layihəsi uzun müddət ərzində Ukraynada insanların inamını qazanmış ilk xeyriyyə layihəsi olduğundan “Relations of the Future” nominasiyasında qalib olub. Layihəyə qarşı bu cür münasibətin formalaşması şirkətin şəffaf fəaliyyəti və effektiv kommunikasiyaları sayəsində mümkün olub.
 
“Trust of the Future” nominasiyasının qəhrəmanı “Delo.ua” portalının baş redaktoru Katerina Venjik olub. Katerinaya səs verənlər onun saf nüfuzunu vurğulayıblar ki, bu da jurnalist üçün xüsusilə önəmlidir.
 
C4F mükafatı artıq beş ildir ki, Davos Kommunikasiya Forumunda təqdim olunur. Təltif edilmişlər sırasında “Holmes Report” layihəsinin müəllifi Pol Holms, ICCO qurumunun vitse-prezidenti, “M3 Communications Group”un baş direktoru və İdarə Heyətinin sədri Maksim Behar, “Digital & Social Media Leadership boutique cc:catalfamo” şirkətinin rəhbəri Cianni Katalfamo kimi sənayenin peşəkarları qərarlaşıb.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL