waplog

Azərbaycanda bir ayda elektron qaydada qeydiyyatdan keçirilən mobil cihazların sayı 26 faiz artıb


Avqust ayı ərzində "Elektron hökumət" portalı üzərindən elektron formada qeydiyyatdan keçirilən mobil cihazların sayında iyul ayı ilə müqayisədə kütləvi artım müşahidə olunub.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, ötən ay qeydiyyatdan keçirilən mobil cihazların sayı 26 faiz artaraq 52366-ya çatıb.
 
Elektron qeydiyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi "Mobil cihazların qeydiyyatdan keçirilməsi" xidməti vasitəsi ilə həyata keçirilir.
 
E-xidmət vətəndaşlara xarici ölkələrdən aldıqları mobil cihazları asan şəkildə qeydiyyatdan keçirmək və onlayn ödəniş etmək imkanını verir.
 
CAHANGİR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL