waplog

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir elektron xidmətindən istifadə sayında 2,7 dəfə artım qeydə alınıb


Avqust ayında istifadəçilər elektron formada  79066 nömrənin hansı mobil operatora daşındığını öyrənib.
 
Ötən ay “Mobil nömrə daşınması xidməti vasitəsi ilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” elektron xidmətinə iyul ayı ilə müqayisədə 2,7 dəfə çox müraciət olunub.
 
“Elektron hökumət” portalında istifadədə olan adıçəkilən e-xidmət vasitəsi ilə mobil nömrənin hazırda hansı mobil operatora daşındığı barədə məlumat əldə etmək mümkündür və bu xidmət abunəçiyə etdiyi zəngin dəyərini hesablamaq imkanı verir.
 
Qeyd edək ki, Açıq Hökumət Məlumatları portalında (data.gov.az) “Mobil nömrə daşınması xidməti vasitəsi ilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” məlumat bazası açıq edilib və bu baza əsasında mobil tərtibat hazırlanıb.
 
Xatırladaq ki, ötən ilin fevral ayının 1-dən etibarən Azərbaycan ərazisində Mobil Nömrədaşıma Xidməti fəaliyyət başlayıb.
 
Bu xidmətdən faydalanaraq abunəçi istifadə etdiyi mobil telefon nömrəsini (şəbəkə kodu - 050, 051, 055, 070, 077 və nömrəni saxlamaq şərti ilə) bir mobil operatorun şəbəkəsindən çıxararaq digər mobil operatorun şəbəkəsinə keçirə bilər.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL