waplog

Şamaxı Astrofizika Rəsədxanası müasir rabitə xidməti ilə təmin edilib


Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının imzaladığı sərəncamla tamamilə yenidən qurulan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında çalışan elmi işçilər və onların ailə üzvləri bütün sosial infrastrukturlar kimi, rabitə xidmətləri ilə də təmin olunub.

”Aztelekom”İB-dən verilən məlumata görə, Şamaxı Telekommunikasiya Qovşağı tərəfindən Pirqulu qəsəbəsində tikilmiş NGN texnologiyalı EATS-dən ərazinin telefon, internet, İP-TV və s. xidmətlərlə təmin edilməsi üçün heç bir problem yoxdur.

İş sahəsində telefon, internet xidmətləri yüksək səviyyədə təmin olunub. Yaşayış binasında tam yaşayış təmin edildikdən sonra mənzillərin telefonlaşdırılması təmin ediləcək.

Sakinlərin yaşaması üçün tikilmiş binanın birinci mərtəbəsində ən müasir mebel dəsti və avadanlıqlarla təchiz edilən, onları bütün poçt xidmətləri ilə təmin etmək üçün yeni poçt şöbəsi yaradılıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL