waplog

Azərbaycanda İKT üzrə araşdırmalar aparacaq mərkəz yaradılıb


Azərbaycanda informasiya texnologiyaları üzrə təcrübəsi olan 20 gəncdən ibarət İT Mərkəzi yaradılıb.
 
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə “Koçsistem-Azərbaycan” şirkətinin direktoru Əli Kutvan məlumat verib.
 
 O bildirib ki, sözügedən mərkəz Qafqaz Universitetində formalaşdırılıb:
 
“Biz Azərbaycanda  İT üzrə araşdırmalar aparacaq mərkəzin qurulması ilə bağlı qərar qəbul etdik. Bununla bağlı Qafqaz Universiteti ilə birgə işləyirik. Yeni proqramların yazılması nəzərdə tutulur. Bu mərkəzin Azərbaycan üçün çox önəmli olduğunu düşünürəm. Çünki İT sektorunun inkişaf etdirilməsi strateji məsələdir. Azərbaycanda Silikon vadisi kimi bir mərkəz qurub çox savadlı, insanları cəlb etməklə  böyük işlər görmək olar. Bununla da Azərbaycan iqtisadiyyatı qlobal dünyaya daha sıx inteqrasiya edərək inkişaf edilə bilər. Biz də “Koçsistem” olaraq bu istiqamətdə öz töhfəmizi vermək istəyirik”.
 
 
SEYMUR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL