waplog

Ötən ay 14,5 min sığortaolunan onlayn uçota alınıb


Azərbaycanda avqust ayı ərzində 14,5 min sığortaolunan onlayn uçota alınıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ötən ay Dövlət Sosial Müdafiə Fondunun (DSMF) göstərdiyi “Sığortaolunanın onlayn uçota alınması” elektron xidmətinə “Elektron hökumət” portalı (e-gov.az) üzərindən  14490 dəfə müraciət olunub.
 
Bu xidmət vasitəsilə  sığortaolunanların məcburi dövlət sosial sığorta sistemində onlayn uçotu həyata keçirilir.
 
Elektron xidmətin göstərilməsi nəticəsində Dövlət Sosial Müdafiə Fondunun departamentləri, rayon (şəhər) şöbələri, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri sığortaolunanlar haqqında sığortaedən tərəfindən təqdim edilmiş elektron ərizələrə əsasən hər bir sığortaolunan üçün fərdi şəxsi hesab açır. 

Onun soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, cinsi və sosial sığorta nömrəsi (SSN) əks olunan dövlət sosial sığorta şəhadətnaməsini rəsmiləşdirir.
 
CAHANGİR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL