waplog

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr “Yaradıcılıq və innovasiya forumu”nda iştiraka dəvət olunur


Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr “Yaradıcılıq və innovasiya forumu”nda iştiraka dəvət olunur.
 
Bu haqda məlumat verən Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) qeyd edilib ki, 14-cü beynəlxalq biznes şəbəkələri tədbiri olan forum 16 oktyabr 2015-ci il tarixlərində Riqa şəhərində keçiriləcək.
 
 
Qeyd edək ki, forumun mövzularına “İnnovasiyalar və texnologiyalar - biznesin aparıcı qüvvəsi”, “Big data” - 2015-2020-ci illərdə biznesdə innovativ oyun dəyişdiricilərindən biri kimi”, “Kreativ və innovativ düşüncələr - kodların qırılması”,“Kreativ şəbəkəni super gücə necə çevirməli?” və s. daxildir.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL