waplog

Dünyanın ən ağlasığmaz arxitekturaları (FOTOLAR)


 Müasir arxitektura insan təxəyyülünü heyrətləndirməkdədir. Biz bu məqalədə yaxın gələcəkdə istifadəyə veriləcək göydələnlər haqda məlumat verəcəyik.
 
 
Kobra qüllələri
 




Küveytdə yerləşəcək bu kobra qüllələrini hələ 2008-ci ildə istifadəyə vermək planlaşdırılsa da, amma maliyyə böhranına görə layihə dondurulub.

Layihənin ən müzakirə edilən suallarından biri liftlə bağlı məsələdir, çünki spiralşəkilli konstruksiyaya görə burada adi qaldırıcı mexanizm quraşdırmaq olmaz. Mütəxəssislər lift üçün pnevmatik boru prinsipi üzrə sıxılmış hava ilə işləyəcək texnologiyadan istifadə etməyi təklif ediblər.
 

 
Kral qülləsi
 









İndi dünyanın ən hündür qülləsi olan «Bürc Xəlifə»ni ötəcək Kral qülləsi Səudiyyə Ərəbistanında ucaldılır və planetdə hündürlüyü təxminən 1 kilometrə yaxınlaşacaq ilk binadır. Bu qüllədə ofislər, rəsədxana, «Four Seasons» oteli və dünyanın ən hündür terrası yerləşəcək. Artıq ötən il göydələnin inşasına başlanılıb və 2019-cu ildə başa çatdırılmalıdır.
 
 

 


Şanxay qülləsi

 

 


Hələ 1993-cü ildə tikintisinə başlanılmış Çində 121 mərtəbəli Şanxay qülləsinin inşası cari ilin əvvəllərində başa çatdırılıb və indi tamamlama işləri aparılır. Bununla belə ötən il qanunsuz bu qülləyə dırmaşmış iki rusiyalı tərəfindən çəkilmiş heyrətləndirici şəkillər sayəsində artıq milyonlarla insan bu qüllənin yuxarısından açılan əsrarəngiz mənzərəni seyr edib.
 

 

"Dubai Perl"

 




Dubayda yerləşəcək bu təmtəraqlı bina adi yaşayış evinə oxşayacaq. Planlaşdırılan "daxili şəhərdə" səma körpüsü ilə birləşdirilmiş 4 qüllə və 1800 yerlik elit teatr olacaq.
 
 
 

"Agora Garden"

 





2016-cı ildə «Agora Garden» binasının inşası başa çatdırılacaq. 20 mərtəbəli bina sözün hər mənasında yaşıl olacaq: hər mərtəbədəki eyvanlarda yaşıllıqlar salınacaq, həmçinin günəş batareyaları və yağış suyunun emalı daxil olmaqla daxili həyat təminatı sistemləri nəzərdə tutulub.
 
 
 
 

"World One"

 





117 mərtəbəli «World One» göydələni planetin ən yüksək yaşayış evi və şübhəsiz Mumbayda ən hündür bina olacaq. 300 təmtəraqlı dörd otaqlı apartamentlərdə Hindistanın ən zəngin insanları yaşayacaq. Otaqların dizaynı "Corcio Armani" studiyası tərəfindən edilib.
 

 
Kral Abdulla adına neft tədqiqatları mərkəzi (KARSARC)
 







Səudiyyə Ərəbistanında tikiləcək valehedici «KARSARC» milli mərkəzdən daha çox Ceyms Bond haqda filmlərdəki cinayətkarların iqamətgahına oxşayır. Futuristik dizayn memar Zaha Hədid tərəfindən verilib.
 
 



Suçjou şəhərində mərkəz
 







Bu yaxınlarda Çində 730 metrlik mərkəzin inşasına başlanılıb. Əgər 4,5 milyard dollar məbləğində layihə qrafikə uyğun olaraq  2020-ci ildə başa çatdırılsa, o zaman bu qüllə Çində ən hündür bina və dünyada isə üçüncü hündür bina olacaq.
 
 
 


"Lotte World Tower"

 





556 metrlik bu valehedici « Lotte World Tower» qülləsi Seulda inşa edilir və 2016-cı ildə başa çatdırılacaq. Binada mağaza, ofis, apartament, otellər və baxış meydançası olacaq.


Emil Hüseynov
 
 
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL