waplog

Kiberidman həvəskarları arasında keçirilən “World of Tanks” oyununun oflayn turları sentyabrın 26-da başlayacaq


Yerli kiberidman həvəskarları arasında keçirilən “World of Tanks” oyununun oflayn turları sentyabrın 26-da saat 12:00-da “Marriot Absheron Baku Hotel”də başlayacaq.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq oyun Azərbaycan Kiber İdman Federasiyası və “WarGaming” şirkəti tərəfindən həyata keçirilir. Federasiyanın prezidenti Ramil Əliyevin sözlərinə görə, seçim turları onlayn keçirilir:
 
“Tank döyüşləri üzrə final mərhələsi isə LAN formatında Bakıda “Marriott” otelində təşkil olunacaq. Turnur iki formatda - komanda (3x3) və şəxsi görüşlər şəklində keçiriləcək. Şəxsi görüşlər ilkin qeydiyyat olmadan təşkil olunur. Bu yarışlarda istənilən şəxs ödənişsiz əsaslarla iştirak edə bilər. Yarışlarla yanaşı, tədbirdə iştirak edənlər arasında” WarGaming”-dən mükafatlar oynanılacaq. Turnirin aparıcısı “Comedy Radio”, TNT TV kanalının aparıcısı Andrey Rodnoydur”.
 
 
 Qaydalara gəlincə, turnir bir məğlubiyyətdən sonra turnirdən kənarlaşdırılmaq şərti ilə “Single Elimination” “play-off” sistemi üzrə keçirilir: “Turnir “Qarşılıqlı döyüş” formatında keçirilir. “Play-off” raundlarında matçın qalibi maksimum dörd döyüş seriyasında ilk iki qələbəni qazanan hesab olunur.
 
 
Mükafat fonduna gəlincə, komanda hesabı üzrə I yer - komandaya 200 000 qızıl + 3000 manat; II yer - komandaya 150 000 qızıl + 1500 manat; III yer - komandaya 100 000 qızıl + 500 manat; IV yer - komandaya 50 000 qızıl nəzərdə tutulur. Şəxsi hesab üzrə I yer - 40 000 qızıl + “Apple iPhone 6” (64Gb); II yer - 30 000 qızıl + “Microsoft Xbox One”; III yer - 20 000 qızıl + “Apple iPad mini 3” 16GB müəyyənləşib.
 
Turnir zamanı sosial şəbəkələrdə də xüsusi müsabiqələr təşkil olunacaq. 
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL