waplog

"Instagram" məşhur modeli blok etdi


Supermodel Naomi Kempbell dünən "Instagram"da çılpaq fotosunu paylaşıb.


Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, bu foto ilə #FreeTheNipple kampaniyasına dəstək olmaq istəyib. Bu kampaniya "Instagram"ın qadınların sinəsinin şəklini paylaşmağı qadağan etməsinə qarşıdır.

Məşhurlar körpəsinə süd verən bir qadının fotosunun silinməsindən sonra bu kampaniyaya dəstək olublar. Onlar bildirir ki, kişilərə bu qaydada fotoya icazə varsa, qadınlar üçün də olmalıdır.

Naominin fotosundan sonra "Instagram" onu blok edib. Saytın adminstrator heyəti bunu belə izah edir:

"Biz bilirik ki, incəsənət adamları kreativ fotolar paylaşa bilər. Amma biz çılpaq fotoları uyğun hesab etmirik. Bəzi istisnalara görə qadağalarımızı götürə bilmərik".







Qeyd edək ki, #FreeTheNipple heşteqi ilə başlayan kampaniyaya Madonna, Mayli Sayrus və Rihanna da dəstək olub.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL