waplog

“Ailə” TV minimal internet paketinin sürətini 8 mbit/s-ə qaldırır


Bayram günlərində abunəçiləri sevindirmək məqsədilə 24 sentyabrdan 27 sentyabradək “Ailə” TV rəqəmsal yayımda təqdim olunan Fərdi seçim paketini bütün 70 TV kanalı açıq şəkildə, pulsuz yayımlayacaq. Bundan əlavə, “Ailə NET” internet abunəçiləri üçün də xüsusi hədiyyə hazırlayan şirkət internetin sürətini də artıracaq.
 
Belə ki, 24 sentyabrdan etibarən minimal internet paketinin sürəti 8 mbit/s-ə qaldırılacaq. Bu halda minimal aylıq abunə haqqı standart 13 AZN olaraq, dəyişməz qalacaq. 8 mbit/s tarif planının abunəçiləri gecə saat 01:00-dan  səhər saat 09:00-dək 10 mbit/s-dək internet sürətində istifadə edə biləcəklər.
 
“Caspian Telecom” Mətbuat Xidmətindən qeyd edilib ki, eləcə də, 10; 12; və 15 mbit/s sürət paketlərinin da qiymətini endirəcək “Ailə NET”, həmin paketlərin abunə haqqını müvafiq olaraq 23; 30; və 35 AZN edəcək.
 
Qeyd edək ki, ən son FTTB texnologiyasından istifadə edən “Ailə NET”, Bakı və Gəncə sakinlərinə 100 mb/s-dək genişzolaqlı fiber-optik internet xidmətləri göstərir.
 
 
 
Həqiqət İSABALAYEVA
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL