waplog

Dünyada istixana qazları tullantılarının 2 faizi məlumat emalı mərkəzlərinin payına düşür


İnternet məlumatlarının həcminin sürətlə artması ilə əlaqədar dünyada məlumat emalı mərkəzlərinə tələbat artır ki, bu da öz növbəsində ekologiyaya öz mənfi təsirini gücləndirir. Buna səbəb isə kompüterlərin daha çox elektrik enerjisi və soyutma tələb etməsidir.
 
“GeSI” (Global e-Sustainability Initiative) təşkilatının məlumatına görə, məlumat emalı mərkəzlərinin atmosferə istixana tullantılarını buraxması buraxılan ümumi karbonların 2 faizini təşkil edir ki, bu da  aviasiya göstəricisinə uyğundur. Bununla yanaşı, hər iki halda karbon qazının buraxılmasının sürətli artımı müşahidə edilir. 
 
Mütəxəssislərin hesablamalarına görə, “Gmail” poçt xidmətinin istifadəçisinin hər birinə görə atmosferə hər il təxminən 1,2 kq karbon dioksidi (CO2) buraxılır. “Facebook” istifadəçisinin hər birindən ekologiyaya dəyər zərər isə 269 qram CO2 qiymətləndirilir.
 
Bu xidmətlərin auditoriyasının geniş olmasını nəzərə alaraq onların tullantıları da çox olur. Məsələn, 2013-cü ildə “Google” şirkətinin karbon izi karbon qazına nisbətdə 1,76 milyon tonu ötüb. Karbon dioksidin çox hissəsi məlumat emalı mərkəzləri tərəfindən buraxılır.
 
Bununla əlaqədar "Apple” və “Google” kimi iri məlumat emalı mərkəzləri operatorları artıq bərpa olunan enerji mənbələrindən (günəş, külək) aktiv istifadəyə başlayıb, - "DailyComm” yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL