waplog

Sinqapurda Asiyanın ən böyük “3D” çap fabriki açılıb


“Ultra Clean Technology” (UCT) yarımkeçirici istehsalı şirkəti Sinqapurda Cənub-Şərqi Asiyanın ən böyük “3D” çap fabrikini istifadəyə verib.
 
Vudlends regionunda yerləşən istehsal tam “3D” çap xidmətləri spektri, o cümlədən fiziki obyektin  qat-qat virtual yaradılması, “3D” mühəndisləri xidmətləri, tam texniki xidmət, istehsal, eləcə də virtual anbar proqramı təklif edir.
 
“UCT” nümayəndələri istehsalın fəaliyyətə başlamasını “3D” çap sifarişçisinin bütün tələblərinin kütləvi şəkildə ödənilməsi sahəsində inqilabi addım kimi qiymətləndirirlər.
 
“Bu, fərdi istehlakçılar və kiçik biznes üçün bahalı avadanlıqlara investisiya qoymadan onlara lazım olan malların “3D” istehsalına yol açır”, - “UCT” nümayəndələri bildiriblər, - "Newsru www.newsru.com” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL