waplog

ABŞ Ədliyyə Nazirliyi: 2014-cü ildə 18 milyon amerikalının fərdi məlumatı oğurlanıb


2014-cü ildə 18 milyon ABŞ vətəndaşının fərdi məlumatı oğurlanıb və əksər hallarda cinayətkarların hədəfi kredit kartları və bank hesabları olub. Bu barədə ABŞ Ədliyyə Nazirliyinin hesabatında deyilir.  
 
Hüquqi Statistika Bürosunun (Bureau of Justice Statistics) məlumatına görə, son ildə kiberfırıldaqçıların qurbanlarının sayı 2012-ci ilin göstəricisi ilə müqayisədə 1 milyon artıb. İdarənin hesabatında təkcə fərdi məlumatların oğurlanması halları deyil, həm də onlardan maliyyə və ya digər qazanc əldə etmək üçün istifadə nəzərə alınıb.
 
Məlumata görə, beş insidentin ikisi kredit kartları ilə qanunsuz manipulyasiya və təxminən eyni sayda bank hesabları ilə fırıldaqçılıqla əlaqədar olub. 
 
Nazirlik müsbət hal kimi cinayətkar əməlləri nəticəsində maliyyə itkilərinin ümumi həcminin azalmasını qeyd edib. Bir insidentdən dəyən ziyan orta hesabla 2895-4804 dollar arasında dəyişib, bəzi hallarda isə itkilər az olub.
 
Bildirilir ki, fırıldaqçıların qurbanları əsasən 65 və daha yuxarı yaşlı qadınlar və ahıl insanlar olub, - "SecurityLabyazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL