waplog

Niderlandın küçələrində sürücüsüz avtobuslar hərəkət edəcək


«The Telegraph» nəşri yazır ki, «WEpod» adlı sürücüsüz avtobuslar 6 sərnişin daşıya və mobil proqramın köməyi ilə idarə oluna bilər.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, «Wepod» hələ ki sınaq mərhələsindədir, uğurlu sınaqlar halında sürücüsüz avtobuslar artıq noyabrda Vaqeninqen və Eda şəhərləri arasında şütüyəcək.
 
 
«Wepod» sürücüsüz avtobuslarının maksimal sürəti 25 km/saat təşkil edir. İlk vaxtlarda sürücüsüz avtobuslar gecə və pis hava şəraitində hərəkət etməyəcək. «WEpod» lazer ötürücüsü, radar, kamera və «GPS» modullarla təchiz edilib.
 
 
Sürücüsüz avtobusu idarə etmək üçün sərnişinlər sadəcə mobil proqramda təyinat nöqtəsini göstərməli olacaqlar.
 
 
Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL