waplog

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron və 3 onlayn xidmət istifadəyə verilib


Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanın icrası istiqamətində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq işlər həyata keçirilib.
 


Belə ki, "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi" çərçivəsində xidmətlərin sürətlə elektron müstəviyə keçməsi, qeydiyyat prosedurlarının azaldılması, rahatlıq və operativliyin yüksəlməsi, məmur-vətəndaş təmasının azalması təmin edilib.

Bu istiqamətdə daşınmaz əmlakın qeydiyyatında elektron və onlayn xidmətlərin istifadəyə verilməsi layihənin ən mühüm uğurlarından hesab olunur.


Ümumilikdə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron və 3 onlayn xidmət istifadəyə verilib. Onlayn xidmətlərin tətbiqi ilə qeydiyyat prosedurları 4-dən 1-ə endirilib. Yeni  onlayn xidmətlər yüklülük arayışlarının (Forma-1) onlayn verilməsini, dövlət reyestrində əmlak barədə məlumatların onlayn əldə olunmasını və alqı-satqıdan sonra hüquqi sənədlərin ərazi qeydiyyat idarəsinə onlayn göndərilməsini əhatə edir.

Bu o deməkdir ki, birdən-birə 3 hüquqi əməliyyatın icrası elektronlaşıb.İndi vətəndaşlar, hüquqi şəxslər və biznes qurumları daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı və yüklülük arayışlarının alınması üçün qeydiyyat idarələrinə elektron qaydada müraciət etmək imkanlarına malikdirlər. İndiyədək elektron xidmətlər vasitəsilə 253 mindən çox müraciət daxil olub və qanunvericiliyə uyğun olaraq təmin edilib.
 

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL