waplog

«Microsoft» yeni smartfonlarını nümayiş etdirib (FOTO)


«Microsoft» korporasiyası yeni «Windows 10 Mobile» əməliyyat sistemi ilə işləyən «Lumia 950» və «950 XL» smartfonlarını nümayiş etdirib. Bu smartfonlarda komponentlər maye soyutmasına malikdirlər.
 

«ICTnews.az» sayt «lenta.ru» saytına istinadən yazır ki, hər iki smartfona 20 meqapiksel təsvir ölçülü «PureView» əsas kamera quraşdırılıb. «Lumia 950» modeli 5,2 düymlük ekran və 6 nüvəli «Snapdragon» prosessoru, «950 XL» modeli isə 5,7 düymlük ekran və 8 nüvəli prosessorla təchiz edilib. Smartfonlara 32 QB-lıq daxili yaddaş quraşdırılıb. Aparatlar müasir «USB-C» konnektorları ilə təchiz ediliblər.

 
«Windows10» ilə işləyən smartfonların əsas özəlliyi «Hello» və «Continuum» funksiyalarına malik olmasıdır. Birinci funksiya smartfonu blokdan çıxarmağa imkan verir. «Continuum» texnologiyası «Windows 10» ilə işləyən smartfon, planşet və noutbuklarda icra olunacaq proqramların işə salınmasını nəzərdə tutur.
 







«Continuum» texnologiyası sayəsində «Display Dock» aksessuarı «Windows» smartfonları masaüstü kompüterə çevirir. “Ağıllı” telefon, klaviatura və monitor cihaza qoşulur və bütün əməliyyatlar smartfonda icra edilir,  amma istifadəçi bütün baş verənləri eyni anda böyükölçülü ekranda izləyir.
 

«Lumia 950» və «950 XL» smartfonları 550 dollar məbləğinə noyabrda ABŞ-da satışa çıxarılacaq. «Microsoft» şirkəti, həmçinin 5 düymlük ekran və 5 meqapiksellik əsas kameraya malik «Lumia 550» smartfonunu təqdim edib.

 
Emil Hüseynov

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL