waplog

Bakıda “IE Venture Day” Beynəlxalq Startap Müsabiqəsi keçiriləcək


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi ilə Yüksək Texnologiyalar Parkı və İE Biznes Məktəbinin birgə təşkilatçılığı ilə Bakıda “IE Venture Day” Beynəlxalq Startap Müsabiqəsi keçiriləcək.
 
3 dekabr tarixində təşkil ediləcək bu tədbir yerli və beynəlxalq startap ictimaiyyətini bir araya toplayan “pitch-off” müsabiqəsidir.
 
 
Qeyd edək ki, İE Biznes Məktəbinin təşkil etdiyi “Venture Day” müsabiqəsində iştirak edəndən sonra İspaniyadan olan startap “tyba.com” bir milyon avrodan çox vəsait cəlb edərək Avropanın ən məşhur işəgötürmə platformalarından birinə çevrilib.
 
Ümumiyyətlə, son 4 il ərzində “İE Venture Day” müsabiqəsində iştirak edən startaplar 12 milyon avrodan çox investisiya cəlb ediblər. Bakıda keçiriləcək müsabiqədə iştirak etməklə iştirakçılar, demək olar ki, “evlərini tərk etmədən” bizneslərini ən nüfuzlu investor və vençur kapitalistlər qarşısında təqdim etmək şansı qazanacaqlar.
 
Hazırda dünyanın 35 şəhərində keçirilən “İE Venture Day” müsabiqəsi ilk dəfə Qafqaz regionunda məhz Azərbaycanda baş tutacaq. İştirak edən startaplar öz bizneslərini sözügedən sahə üzrə ekspertləri, vençur kapitalistləri və investorları özündə birləşdirən münsif  heyəti qarşısında təqdim edəcəklər. Seçilmiş on finalçı mükafatlar üçün mübarizə aparmaq məqsədilə “Venture Day Baku” tədbirində ideyalarını təqdim etmək üçün Bakıya dəvət ediləcək (gediş-gəliş haqqı qarşılanacaq).
 
Mükafatlara gəlincə, komandanın bir üzvünün 10 finalçıdan biri olaraq “Venture Day” Madrid tədbirində iştirakı və gediş-gəliş haqqının qarşılanması; İE Biznes Məktəbində “Executive Education” proqramının istənilən kursu üzrə 100% təqaüd; pulsuz ofis ərazisi təqdim olunmaqla partnyorların birgə işləmə sahələrində (co-working spaces) 3 ay inkubasiya; “İE Venture Lab” tərəfindən mentorluq xidməti nəzərdə tutulur. “İE Venture Day Baku” tədbiri üçün burada  qeydiyyatdan keçmək olar.
 
Həmçinin yeniliklər və regionda keçiriləcək hazırlıq tədbirləri ilə bağlı “Facebook”   səhifəsindən məlumat əldə etmək mümkündür.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL