waplog

“HP” Avropada musiqi servisi istifadəyə verir


ABŞ-ın "Hewlett-Packard" (HP) korporasiyası "Universal Music Group" şirkəti ilə birlikdə Avropa, Yaxın Şərq və Afrika istifadəçilərinə musiqi arxivindən onlayn pulsuz yararlanmağa imkan verəcək "HP Lounge" servisindən istifadə üçün saziş imzalamağı təklif edir.  


Bildirilir ki, dinləyicilər musiqini ifaçıya, əhval-ruhiyyəsinə və janrına görə axtara biləcəklər. İstifadəçilərə musiqidən başqa artistlərlə müsahibə, video xəbərlər, foto və digər müvafiq materiallardan yararlanmaq imkanı təqdim ediləcək.


Sazişin birillik qüvvədə olma müddəti başa çatdıqdan sonra servisdən gələcək istifadə 5 dollar təşkil edəcək, - "Qazeta" yazır.   
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL