waplog

«Dell» dünyanın ilk 4K təsvir ölçülü noutbuk-planşetini təqdim edib


«Dell» şirkəti 3840x2160 nöqtə təsvir ölçüsünə malik planşet və ultrabukun hibridini nümayiş etdirib.
 
 
«Dell XPS 12» qurğusu 12,5 düym diaqonallı ekrana malikdir və çəkisi 1,3 kq-dır. Cihaz 2,7 QHs takt tezlikli 6-cı nəsil «Intel Core M» prosessoru, 8 QB əməli yaddaş, «Intel HD 515» qrafik çipi və 128/256 QB SSD daşıyıcısı ilə təchiz edilib.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, maqnit bərkitmələrin köməyi ilə ekranla klaviatura arasında əlaqə yaradılır. Noutbuk, həmçinin müxtəlif proqramlarla işləmək üçün «Active Pen» stilusu ilə təchiz edilib. Qurğu «USB 3.0» portundan 8 dəfə daha sürətli 3 ədəd «Thunderbolt 3» portu, həmçinin «USB Type-C» portu və «microSD» kartların rideri ilə təchiz edilib. 4K təsvir ölçülü ekran, 8 QB əməli yaddaş və 256 QB-lıq SSD daşıyıcı ilə təchiz edilmiş modelin qiyməti 1299 dollar təşkil edəcək.
 
 
Emil Hüseynov

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL