waplog

2020-ci ilə mobil cihazlarda «8K» ekranlar əlçatan olacaq


Cari ildə «Sharp» şirkəti smartfonlar üçün «4K» təsvir ölçülü ekran istehsalına başladığını elan edib.
 
 
Bildiyimiz kimi, 2020-ci ildə Yaponiyada Olimpiya oyunları keçiriləcək. Bütün ölkə əhalisi, həmçinin texnologiya şirkətləri bu əlamətdar hadisəyə fəal hazırlaşır. Gözlənilən nailiyyətlərdən biri mobil cihazlarda «8K» təsvir ölçülü ekranların peyda olmasıdır.
 
 
«ICTnews.az» saylı «iksmedia.ru» saytına istinadən yazır ki, Exime Universitetinin professoru Yoşixiro Fudcita deyib ki, belə qurğuların yaradılması bütövlükdə sənaye üçün son dərəcə əhəmiyyətlidir. O əmin edir ki, «8K» təsvir ölçüsündən yüksək ölçü olmayacaq. Qeyd edək ki, Bill Qeyts də bir vaxtlar demişdi ki, kompüterə 640 KB-dan artıq yaddaş lazım olmayacaq.
 
 
Yoşixiro Fudcita və bir sıra başqa ekspertlər belə düşünür kir, məhz «8K» təsvir ölçüsündə insan gözü sadəcə ayrı-ayrı pikselləri izləyə bilməyəcək.
 
 
Emil Hüseynov
 

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL