waplog

Azərbaycan tərəfindən hazırlanan antikorrupsiya saytı ilə əməkdaşlıq edilməsi üçün müraciətlər olunur


Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə metodlarından biri də informasiya-kommunikasiya texnologiyalarının tətbiqidir. Ölkədə elektron hökumət sistemi qurularaq əhalinin istifadəsinə verilib. Dövlət orqanlarının göstərdiyi xidmətlər elektronlaşdırılaraq vətəndaş-məmur arasında olan birbaşa əlaqələr aradan qaldırılıb. Hazırda hər bir Azərbaycan vətəndaşı dövlət orqanlarının inzibati binasına baş çəkmədən istədiyi xidmətdən internet üzərindən yararlana bilər. Bu da öz növbəsində həm vaxt itkisini, həm baş verəbiləcək süründürməçilik və korrupsiya hallarını tam olaraq aradan qaldırır.
 
 
Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər Fransanın Paris şəhərində keçirilən İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsinin 18-ci iclasında bəyan edilib. Tədbirdə ölkəmizin müəllifi olduğu bir çox modellər təqdim edilib. 
 
 
Tədbirdə ölkəmizin həmin qurum üzrə milli koordinatoru,  Azərbaycan Respublikası Baş prokurorunun müavini,  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, ölkəmizin antikorrupsiya sahəsində apardığı siyasət və eləcə də bu istiqamətdə həyata keçirdiyi İKT layihələri öz bəhrəsini verməkdədir. Onun sözlərinə görə, korrupsiya ilə mübarizədə informasiya-kommunikasiya texnologiyaları xüsusi rola malikdir.
 
K.Əliyev cari ilin 12-17 sentyabr tarixlərində İsveçrənin Sürix şəhərində keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının 20-ci illik iclası zamanı korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən prokurorlar üçün xüsusi antikorrupsiya saytının yaradılmasını və bu işin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmasını tədbir iştirakçılarının nəzərinə çatdırmaqla, OECD-nin Antikorrupsiya Şəbəkəsini həmin saytın aparılması ilə bağlı fəal əməkdaşlığa dəvət edib.
 
Tədbirdə eyni zamanda OECD-nin III dəyərləndirmə raundu çərçivəsində verilmiş tövsiyələrin icra vəziyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Azərbaycan Respublikası üzrə hesabat dinlənildikdən sonra çıxışlar zamanı ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində keçirilmiş tədbirlər yüksək qiymətləndirilib.
OECD tərəfindən hazırlanan xüsusi buraxılışlı vəsaitdə Baş İdarə dünya üzrə qabaqcıl antikorrupsiya qurumlarının siyahısına daxil edilməklə əsasnaməsi, strukturu və iş prinsiplərinə həsr edilən xüsusi bölmə ayrılıb və qeyd olunan vəsait tədbir iştirakçılarına paylanılıb.
 
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL