waplog

“Huawei” yeni smartfon təqdim edib


“Huawei” şirkəti aşağı qiymət seqmentinə aid olan “Huawei Honor 7i” smartfonunu təqdim edib.
 
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, yeni modelin əsas xüsusiyyəti açılan kamerasıdı. Xüsusi açılan modulda quraşdırılmış 13 meqapiksellik kamera əsas və ön kameranın funksiyalarını həyata keçirə bilər.
 
Ümumilikdə “Huawei Honor 7i” orta səviyyəli smartfondur. O, 5,2 düymlük, “Full HD” displey ilə, “Snapdragon 616” prosessor, 2 GB əməliyyat və 16 GB quraşdırılmış fləş yaddaş ilə təchiz edilib.
 
Smarfon, həmçinin yan tərəflərdə barmaq izləri skaneri ilə təchiz edilib və nəticədə böyük barmaqla ekranın blokunu açmaq və şəkil çəkmək mümkündür. “Huawei Honor7i” kiçik versiyasının qiyməti Çində 250 dollardır.
 
Aynur Vəliyeva
 

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL