waplog

«IBM»-in baş direktoru: Koqnitiv sistemlər uşaqlar kimi öyrənə bilər, lakin insanları əvəz edə bilməz


«IBM» korporasiyasının baş direktoru Virciniya Rometti bildirib ki, «IBM Watson» kimi koqnitiv sistemlər yalnız məlumatları təhlil etmir, həm də insanlar kimi düşünmək qabiliyyətinə malikdirlər.
 
 
«ICTnews.az» saytı «osp.ru» saytına istinadən yazır ki, o, «Gartner» analitik şirkəti tərəfindən təşkil edilmiş «Symposium/ITxpo» konfransında koqnitiv (düşünən) sistemlərin perspektivlərindən danışıb. «IBM» tərəfindən yaradılmış «Watson» superkompüteri belə sistemlərə aiddir. Rommeti izah edib ki, sistemin bazasında nə qədər çox informasiya varsa, bir o qədər çox öyrənir. Məsələn, «Watson» sistemi şəkli təhlil edə və ordakı məlumatı başqa informasiya ilə tutuşduraraq nəticə çıxara bilir.
 
 
Eyni zamanda Rommeti deyib ki, insanların belə sistemlərlə əvəzlənəcəyindən narahat olmaq lazım deyil. Belə sistemlər insanları əvəz etmək üçün deyil, iş prosesində onlara kömək etmək üçün yaradılır.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL