waplog

2015-ci ilin üçüncü rübündə smartfonların tədarük həcmi 332 milyona yaxınlaşıb


«TrendForce» analitik şirkətinin məlumatına görə, 2015-ci ilin üçüncü  rübündə qlobal smartfon tədarükünün həcmi ötən rüblə müqayisədə 9,1 faiz artaraq 332 milyona yaxınlaşıb. Ekspertlərin qiymətləndirməsinə görə, smartfon tədarükünün təxminən 50 faizi (150 milyon aparat) Çin brendlərinin payına düşür.
 
 
Analitiklərin proqnozuna görə, qlobal iqtisadiyyatın zəifləməsi ilə əlaqədar 2015-ci ilin ikinci yarısında smartfonların tədarük həcmi azalacaq. Təxmin edilir ki, cari ilin nəticəsinə görə smartfonların tədarük həcmi 2014-cü illə müqayisədə 9,1 faiz artacaq, 2016-cı ildə dünya smartfon bazarının artım tempi 7,7 faizədək azalacaq.
 
 
Tədqiqatda, həmçinin ayrı-ayrı brendlər haqda məlumatlar yer alıb. Cari ilin iyul-sentyabrında «Samsung» smartfon bazarının lideri (24,6 faiz) qalıb. Ancaq Cənubi Koreya nəhənginin mövqeyi getdikcə zəifləyir, belə ki, ötən rüb şirkətin bazar payı 26,7 faiz təşkil edib.
 
 
«Apple» korporasiyası reytinqdə ikinci pilləni tutub. Təxmin edilir ki, cari ildə ABŞ korporasiyası ümumilikdə 223,7 milyon «iPhone» smartfonu tədarük edəcək və ötənilki nəticəni 16 faiz yaxşılaşdıracaq.
 
 
Smartfon tədarükünün ümumi həcminin 8,4 faizi üçüncü pillədə qərarlaşmış «Huawei» şirkətinin payına düşüb.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL