waplog

2019-cu ilə «4K» formatını dəstəkləyən 330 milyondan çox qurğu satılacaq


«Parks Associates»in növbəti hesabatına əsasən, 2019-cu ilin sonuna «Ultra HD» və ya «4K» standartını dəstəkləyən 330 milyondan çox qurğu satılacaq. Müqayisə üçün, 2013-cü ildə təxminən 2 milyon belə qurğu satılmışdı.
 
 
«ICTnews.az» saytı «tdaily.ru» saytına istinadən yazır ki, 2015-ci ildə ABŞ-da internetə qoşulmuş ev təsərrüfatı sahibləri və düz ekranlı TV satın almağı planlaşdıran istifadəçilərin 56 faizi televizorda «4K» standartının dəstəklənməsini son dərəcə əhəmiyyətli funksiya hesab edir. Respondentlərin 42 faizi «4K» texnologiyası haqda xəbərsizdir, 44 faizi isə bildirib ki, belə qurğuların dəyəri baha ola bilər, halbuki təsvirin keyfiyyəti ilə qiymət arasında «uçurum» da mövcuddur.
 
 
Xatırladaq ki, «Transparency Market Research» şirkətinin iyul proqnozuna əsasən, 2020-ci ilə «Ultra HD/4K» formatını dəstəkləyən düz ekranlı televizorlar bazarının həcmi 30,4 milyard dollara yaxınlaşacaq.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL