waplog

«Apple» 230 milyon dollar məbləğində cərimə ödəyəcək


Viskonsin ştatının paytaxtı Madisonda yerləşən federal məhkəmənin çıxartdığı qərara əsasən, ABŞ-ın «Apple» korporasiyası Viskonsin-Medison Universitetinin əməkdaşları tərəfindən hazırlanmış texnologiyanın patent hüququnu pozduğuna görə sözügedən universitetə 234 milyon dollar ödəyəcək.
 
 
«ICTnews.az» saytı «itar-tass.com» saytına istinadən yazır ki, Viskonsin-Medison Universiteti «Apple» korporasiyasını 1998-ci ildə universitet tərəfindən qeydiyyatdan keçirilmiş patentin pozulmasında ittiham edərək ötən ilin yanvarında ABŞ şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Universitetin nümayəndələri iddia edir ki, korporasiya universitetdə hazırlanmış müvafiq mikroçip yaradılması texnologiyasından qanunsuz istifadə edib.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL