waplog

Finlandiya şirkəti kompüter haqda təsəvvürləri dəyişdirəcək


Finlandiyalı mühəndislər insanlar arasında fərdi kompüterlər (FK) haqda formalaşmış təsəvvürü dəyişdirəcək «Solu» adlı yığcam kompüter hazırlayır.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, bu layihə «Kickstarter» kraudfandinq (məhsulun reallaşdırılması məqsədi ilə geniş kütlələrdən maliyyənin cəlbi mexanizmidir) meydançasında işə salınıb. «Solu» hər bir tərəfi 10 sm və qalınlığı 10 mm təşkil edən kvadrat formasında qurğudur. Arxa qapaq ağacdan hazırlanıb, ön paneldə 4 düymlük sensor ekran quraşdırılıb. «Solu» kompüteri 2,3 Qhs takt tezliyində prosessor, akkumulyator və «Wi-Fi» ilə təchiz edilib, həmçinin öz əməliyyat sistemi var. Qurğunun bütün məlumatları «bulud»da  saxlanılır.
 
 
Kompüterin başlanğıc qiyməti 349 avro təşkil edir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL