waplog

Hindistanda ultrasəs ilə mobil ödənişlər xidməti istifadəyə verilib


Hindistanın “Ultracash” şirkəti ultrasəs əsasında ödənişlər həyata keçirməyə imkan verən mobil ödəniş servisini istifadəyə verib. 
 
Şirkət sınaqları uğurla başa çatdırıb və proqrama 500-ə yaxın ticarət nöqtəsini qoşub. Son 2 ayda proqram 20 min dəfə yüklənib, istifadəçilər əlavədə 24 min tranzaksiya həyata keçirib.
 
Əlavədən istifadəyə başlamaq üçün yalnız bank hesabı və smartfon tələb olunur. Şirkət nümayəndələri qeyd edirlər ki, hesabın əvvəlcədən vəsaitlə doldurulmasına və ya internetə qoşulmağa, həmçinin ödəniş informasiyasının ötürülməsi üçün “NFC” çip və ya proqram təminatına ehtiyac yoxdur. İstifadəçi ödəniş terminalını da quraşdırmır. Ödənişləri mobil telefon vasitəsilə qəbul etmək mümkündür.
 
“Ultracash” artıq “PCI DSS” təhlükəsizlik sertifikatını alıb və patent hüququ üçün müraciət edib, - "Payspacemagazine yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL