waplog

Küçə fənərləri cinayətlər haqqında məlumat verəcək


ABŞ-da küçə fənərlərinə quraşdırılan yeni "ShotSpotter” sistemi atəş səslərini identifikasiya etməyə və onlar barədə 911 xilasetmə xidmətinə məlumat verməyə imkan verəcək. 
 
Hazırda San-Diyeqo və Ceksonvill şəhərlərində nəqliyyatın hərəkəti, boş parklama yerləri və hava şəraitinin monitorinqi barədə informasiya verən “ağıllı” küçə işıqlandırma sistemi işə salınıb. Küçə fənərlərinin növbəti funksiyası küçə cinayətləri haqqında məlumatın verilməsi olmaqla ümumi şəhər səs-küyündə odlu silahdan açılan atəş səslərinin müəyyənləşdirilməsi olacaq. İntellektual sistem yalnız atəş səslərinə reaksiya verməklə onları fişəng və avtomobil səslərindən seçəcək.
 

Statistik məlumatlara görə, bu gün 911 xidmətinə küçədə baş verən 10 atışma hadisəsinin yalnız biri barədə məlumat verilir. Yeni texnologiya bunu daha operativ və diqqətlə etməyə imkan verəcək, - “Qazeta”   yazır. 

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL