waplog

Azərbaycanda ilk dəfə “IP”-domofon sistemləri nümayiş edilib


 “Azinteco” şirkəti bu il “CIPS-2015” sərgisi çərçivəsində “BAS-IP” (Böyük Britaniya) şirkətinin “IP” domofonlarını təqdim edib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, yeni domofon sistemləri bazarda mövcud olan ən mütərəqqi həll variantıdır və məlumat ötürmək üçün rəqəmli xətdən - yerli şəbəkə və ya internetdən istifadə edir.
 
Şirkət həmçinin ev, ofis və avtomobil bazarı üçün təhlükəsizlik sistemlərini (o cümlədən, simsiz təhlükəsizlik sistemlərini) – yanğın, hərəkət detektorları, siqnalizasiya, ötürücülər, girişə nəzarət sistemləri, videomüşahidə və digər məhsulların istehsalını həyata keçirən “Jablotron” şirkətinin rəsmi təmsilçisidir.
Bu brendin həll variantları intellektual bina və evlərin müasir sistemlərinə asanlıqla inteqrasiya oluna bilər.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL