waplog

“Azərkosmos” üç yeni müqavilə imzalayıb


Azərbaycanın milli peyk operatoru “Azərkosmos” üç yeni müqavilə imzalayıb.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, müqavilələrin ümumi dəyəri 70 min 918 manatdan çox olub.
 
“Azərkosmos”un  “Adasoft” şirkəti ilə imzalanan müqavilə proqram təminatları üçün lisenziyaların təchizatını nəzərdə tutur və ümumi dəyəri 48064,94 manat təşkil edir.
 
 “Intellekt-M” şirkəti ilə imzalanan  müqavilənin ümumi dəyəri 14359,42 manat təşkil edir və dəftərxana ləvazimatlarının təqdim edilməsini nəzərdə tutur.
 
“Təmir-Tikinti” şirkəti ilə imzalanan müqavilə “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə çəkilən xarici qaz xəttinin təmiri işlərinin görülməsini nəzərdə tutur və ümumi dəyəri 8493,99  manat təşkil edir.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL