waplog

Azərbaycan şirkəti “Cisco”nun tərəfdaşı elan edilib


Dünyanın aparıcı İT şirkəti “Cisco” Azərbaycanın “R.I.S.K.” şirkətini 2015-ci ildə Azərbaycanda və Tacikistanda tərəfdaşı elan edib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Azərbaycanda “Cisco”-nun yeganə qızıl tərəfdaşı olan “R.I.S.K.” şirkəti növbəti dəfə “Cisco” ilə yüksəksəviyyəli strateji əməkdaşlıq statusunu təsdiq edib.
 
Bu günlərdə Tiflisdə keçirilən “Cisco”-nun tərəfdaşları sammitində “R.I.S.K.” şirkətinin Azərbaycanda, Tacikistanda və xarici bazarlarda fəaliyyəti yüksək dəyərləndirilib.
 
“R.I.S.K.” şirkəti 1997-ci ildən etibarən “Cisco”-nun tərəfdaşıdır və hazırda ən yüksək tərəfdaşlıq statusuna malikdir. Şirkət dövlət, maliyyə, telekommunikasiya, neft-qaz və nəqliyyat sektorlarında həyata keçirdiyi uğurlu layihələri ilə seçilir.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL