waplog

“Samsung Pay” sistemindən istifadə edən koreyalıların sayı 1 milyonu ötüb


“Samsung Electronics” şirkəti “Samsung Pay” mobil ödəniş sisteminin Cənubi Koreyada istifadəyə verildiyi iki aydan sonra istifadəçi sayının bir milyonu ötməsini açıqlayıb.  
 
Məlumata görə, hər gün sistem vasitəsilə Cənubi Koreyanın mağaza, supermarket və restoranlarında 100 min tranzaksiya həyata keçirilir.
 
Həmçinin bildirilir ki, smartfon ilə alış-veriş üçün ümumi xərclər 88 milyon dolları ötüb. İlkin mərhələdə koreyalılar smartfonlarından sutkada 705 192 dollar xərcləyirdilərsə, son vaxtlar gündəlik tranzaksiyalar 1,8 milyon dollara çatıb.
  
“Samsung Pay” mobil ödəniş sisteminin unikallığı   ödənişlərin qəbulu üçün həm kontaktsız tranzaksiyalar üçün müasir POS-terminallardan, həm də maqnit lentli kartlar üçün nəzərdə tutulan köhnə POS-terminallardan istifadənin mümkün olmasındadır. Bu, xidmətlə uyğunluq təşkil edən ticarət nöqtələrinin sayını xeyli artırmağa imkan verir.
 
Sentyabrın 28-dən servis ABŞ-da rəsmən istifadəyə verilib. Sonradan sistemi dəstəkləyən ölkələr sırasına Çin, İspaniya və Böyük Britaniyanın daxil olacağı gözlənilir, - "Payspacemagazine” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL