waplog

Prezidentin Fərmanı ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyinin elektron xidmətinin inzibati reqlamentində dəyişiklik edilib


Xarici İşlər Nazirliyinin Kollegiyası “Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətinin inzibati reqlamentində dəyişiklik edib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, inzibati reqlamentin 3.4.2-ci yarımbəndində “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında” sözləri ilə əvəzlənib.
 
Sözügedən dəyişiklik “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Prezidentin 2015-ci il 14 iyul tarixli 569 nömrəli Fərmanının 5.3-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilib.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL