waplog

Azərbaycan rəsədxanası kosmik layihələrdə iştirak edəcək


Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik layihələrdə iştirak edəcək.
 
 “ICTnews” xəbər xidmətinin məlumatına əsasən, hazırda rəsədxananın əməkdaşı, fizika-riyaziyyat elmləri namizədi C. Rüstəmov Kanadanın Monreal Universitetinin dəvəti ilə bu ölkədə elmi ezamiyyətdədir.
 
Ezamiyyətin məqsədi astrofizika sahəsində birgə əməkdaşlıq proqramlarının müzakirəsidir.
 
İlkin razılaşmalara görə, süni peyklər vasitəsilə həyata keçirilən kosmik layihələrdə Şamaxı Astrofizika Rəsədxanası da iştirak edəcək.
 
Şamaxı Astrofizika Rəsədxanasının iki metrlik teleskopunda optik diapazonda maraqlı kosmik obyektlərin, ultrabənövşəyi və rentgen diapazonlarda isə süni peyklərdən sinxron müşahidələr nəzərdə tutulur.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL