waplog

Azərbaycanda rabitə vasitələrinin satışı və istifadəsi zamanı tətbiq olunacaq informasiya sistemi istifadəyə veriləcək


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) rabitə vasitələrinin satışı və istifadəsi zamanı tətbiq olunacaq informasiya sistemini hazırlayıb.
 
İnformasiya sisteminin hazırlanması Nazirlər Kabinetinin “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı  tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” qərara etdiyi dəyişikliklərlə bağlı olub.
 
Sabit operatorların istifadəsinə veriləcək informasiya sistemi yeni telefon çəkilişi zamanı ərizəçinin məlumatlarının sistemə düzgün işlənilməsini tam təmin edəcək. Bununla bağlı olaraq, sistem vasitəsilə istər vətəndaşlar, istərsə də hüquqi və fiziki şəxslər üçün telefon çəkilişi prosesi bütünlüklə elektronlaşdırılıb. Belə ki, ilkin olaraq sistemə işlənəcək abunəçi məlumatları İAMAS məlumat sistemi üzrə avtomatik formalaşdırılacaq, həmçinin, əl ilə qeyd olunması nəzərdə tutulmuş digər məlumatların tam məzmunlu işlənilməsi üçün də şərait yaradılıb. Sistem vasitəsilə abunəçi müqaviləsindən tutmuş, aktivləşdiriləcək servislərə qədər bütün detallar tam elektronlaşdırılıb.  Xidmət “Elektron hökumət” portalı üzərindən həyata keçiriləcək.
 
Qeyd edək ki, MHM-də sözügedən informasiya sisteminin  sabit operatorların istismarına verilməsi ilə bağlı toplantı keçirilib və prosesin ssenarisi üzrə hazırlanmış prezentasiya toplantı iştirakçılarına nümayiş etdirilib. Toplantıda “TransEvroKom” MMC, “Catel” MMC, “Ultel” MMC və “Azərtelekom” MMC-nin nümayəndələri iştirak ediblər.
 
CAHANGİR
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL