waplog

“Azerspace-2” regionda DTH, hökumət təşkilatları və şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılayacaq


Qeyd etmək yerinə düşər ki, bu il baş tutan I Avropa Oyunları zamanı “Azerspace-1” peyki oyunların ən maraqlı anlarının, Avropa Oyunları yarışlarının 74 beynəlxalq yayım tərəfdaşımıza ötürülməsində, Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına çatdırılmasında mühüm rol
oynadı.

Hətta  “Azərkosmos” Beynəlxalq İdman Yayım Şirkəti tərəfindən I Avropa Oyunlarının keçirildiyi müddət ərzində peyk xidmətlərinin təmin olunmasında göstərdiyi xidmətlərə görə fəxri fərmanla mükafatlandırılıb.

“Azərkosmos”-un strateji planlarında yer alan növbəti peyk layihəsi bu istiqamətdə, ümumilikdə beynəlxalq miqyasda ilk peyk operatorumuz üçün imkanları bir qədər də artıracaq.

Bu layihələrdə əsas yer tutan “Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Sahara səhrasında cənubda yerləşən Afrika ölkələrini əhatə edəcək.

“Azerspace-2” regionda DTH, hökumət təşkilatları və şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL