waplog

“Sony” şirkəti Azərbaycan bazarında iştirakını genişləndirmək niyyətindədir


Yaponiyanın “Sony” şirkəti Azərbaycan İT bazarında iştirakını genişləndirmək niyyətindədir.
 
Şirkətin Yaxın Şərq ölkələrində marketinq üzrə direktoru  Satoru Arai “ICTnews” xəbər xidmətinə bildirib ki, Azərbaycan bazarında bu günədək “Sony” aqressiv marketinq  siyasəti həyata keçirməyib.
 
“Lakin bu gün biz Dünya Bankının Azərbaycanla bağlı 2020-ci ilədək ümidverici proqnozlarına əsaslanaraq yerli bazarda iştirakımızı genişləndirmək niyyətindəyik. Bu məqsədlə biz ilk növbədə satış məntəqələri şəbəkəmizin sayını artıracağıq. İlk növbədə bizim məhsullara tələbat müşahidə olunan Bakı şəhərində satış şəbəkəmizi genişləndirəcəyik, daha sonra isə regionlara çıxmağımız istisna edilmir. Gələn ilin aprelinədək şirkətin yerli satış nöqtələrinin sayını 6-dan 18-dək artırmağı planlaşdırırıq. Bununla yanaşı, biz bu günədək yalnız ingilis dilində fəaliyyət göstərən saytımızın yeni versiyada və rus dilində işini təmin etmişik. Hesab edirəm ki,  bu potensial alıcılarımıza daha yaxın olmağımıza imkan verəcək”, - deyə o bildirib.
 
Şirkət nümayəndəsinin sözlərinə əsasən, gələcəkdə satış həcmlərinin səviyyəsindən asılı olaraq Bakıda şirkətin   nümayəndəliyinin açılacağı istisna edilmir.
 
Qeyd edək ki, hazırda “Sony” məhsulları “Music Gallery”, “Baku Electronics”, “Sony Centre” (“Unitech”) və “Kontakt Electronics” kimi mağaza şəbəkələrində müştərilərə təklif olunur.
 
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL