waplog

Yaponiya süni intellektin hazırlanmasına 1 milyard dollar sərmayə qoyacaq


«Toyota» avtomobil konserni ABŞ-ın Silikon vadisində süni intellektin tədqiqat və hazırlanması ilə məşğul olacaq yeni şirkət yaratmaq niyyətindədir. Bu haqda Tokioda keçirilmiş mətbuat konfransında şirkətin prezidenti Akio Toyeda məlumat verib.
 
 
"Biz yeni texnologiyaların cəlbi vasitəsilə daha təhlükəsiz, daha sakit cəmiyyət yaradacağıq" - «Kiodo» agentliyi Toyedonun sözlərindən sitat gətirib.
 
 
«ICTnews.az» saytı «ria.ru» saytına istinadən yazır ki, avtomobil konserni bu layihəyə 5 il ərzində 1 milyard dollar sərmayə yatırmağa hazırdır. Şirkətin direktoru bildirib ki, süni intellekt texnologiyaları  müasir cəmiyyətin qarşısında duran problemləri həll etməyə imkan verəcək,
 
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL