waplog

Oktyabrda 50 minə yaxın mobil cihazın IMEI kodu elektron xidmət üzərindən yoxlanılıb


Oktyabr ayında "Elektron hökumət" portalı vasitəsi ilə IMEI kodu yoxlanılan mobil cihazların sayı sentyabr ayına nisbətdə 4  faiz artıb.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, ötən ay "Mobil cihazların IMEI kodunun yoxlanılması" xidmətindən 49957 dəfə istifadə olunub.
 
Bu xidmət vasitəsi ilə mobil cihazların müvafiq standartlara uyğun olub-olmaması barədə məlumat əldə etmək mümkündür: "Mobil qurğunun standartlara uyğun olub-olmamasını "Elektron hökumət" portalına daxil olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin e-xidmətləri arasından "Mobil cihazların IMEI kodunun yoxlanılması" xidmətini seçməklə yoxlamaq olur. Bunun üçün, telefonun IMEI kodunu müvafiq xanaya daxil edib yoxla düyməsini seçmək kifayət edir".
 
Qeyd edək ki, bu xidmətdən istifadə zamanı portal autenfikasiya tələb etmir.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL